Azerbaijani Deviants Meeting

3 min read

Deviation Actions

daglaroglu's avatar
By
Published:
7.6K Views
Hi all,

for a healty communication i have create a mail group. To get news plz be a member. its also free and it is a public group. so there is no need to invite, u can join wth a click :) groups.msn.com/DeviantAz/

We can discuss the 22-iyun Sumgayit trip on there.

Let's try ...

p.s. Even you can send bulk mails to group members via DeviantAz@groups.msn.com

************************

Date : 15-iyun-2008 at 15:00
Place : ISR Plaza 1st floor - Azza cafe

Who was there :
-------------------------------------------------------
:iconpoorich::iconlonejav::iconaz-ya::iconyuzbashi::iconsoulitta::icondaglaroglu:

Gokce Yildirim (non-deviant / photographer)  gokce.zenfolio.com/

*************************************************************


Nəhayət ilk yığıncağımızı keçirdik. İştirakçı sayının gözləniləndən az olması ilk baxışda bir az kədərləndirsə də kefli vaxt keçirmiş olmamız hamımız adına sevindirici.  

Hamınızı tanımaq mənim üçün ayrı bir kef oldu. Bu yığıncaqları standart hala gətirərək daha çox iştirakçıya çatmağı hədəflədiyimizi ifadə etmək istəyirəm. Əminim ki bir çox adam orada olmağı canı könüldən istəyərdi.

Görüşmədə müzakirə edilən mövzulardan bəhs etmək istəyirəm. Əvvəlcə Azərbaycanda fotoşəkil sənəti və sənətkarları haqqında bildiklərimizi paylaşdıq. Soulittanın geniş bir ətraf sahibi olması bizləri xeyli sevindirdi. Ən qısa zamanda bəhs etdiyi fotoşəkilçilərlə tanış olmaq ən böyük arzumdur. Bundan sonrasında nələr edə biləcəyimizi danışdıq. Çatdığımız ortaq qərar əvvəlcə yaxın ətrafımız olmaq üzrə Baku xaricinə fotoşəkil gəzintilərinin təşkil edilməsi oldu. Bəlkə irəlidə daha mütəşəkkil hərəkət edərək bu tərz hərəkətlər reallaşdırıla bilər. Yenə də bir addım olması məqsədi ilə 22 iyun bazar günü Sumqayıta getmə qərarı götürdük. Hörmətli Poorich in rəhbərliyində tərk edilmiş fabriklər mövzulu bir fotoşəkil gəzintisi olmasını planlayırıq. Bu gəzintiyə qatılmaq istəyənlər fikirlərini burada açıqlaya bilərlər.

Daha irəliyə dönük olaraq, yarışma və bənzəri fəaliyyətlərin təşkil edilməsi danışıldı. Bu cür fəaliyyətlər maddi dəstək tələb etdiyi üçün sponsor ola biləcək hər növ firma ilə lazım olan yaxınlığın təmin edilməsi qərarına çatıldı. Bu mövzuda daha qəti nəticələr əldə edildiyində sizlərlə paylaşmaqdan məmnun olacağam.

İlk yığıncaq olması etibarı ilə bir-birimizin peşələri həyatları haqqında məlumat alveri əyledik. Hamımızın fərqli sahələrdə çalışması zənginliyimizdir düşüncəsindəyəm. Hamımız həvəskar bir ruhla buradayıq və bu bizləri daha da şövqləndirir.

Yığıncağa qatılan yoldaşlarıma təkrar təşəkkürlərimi təqdim edirəm, ümid edirəm bu cür fəaliyyətlərimiz çoxalar və tanışımız sənətkar sayı artar. Ən qısa zamanda təkrar görüşmək ümidi ilə , sevgilər
© 2008 - 2024 daglaroglu
Comments69
Join the community to add your comment. Already a deviant? Log In
aydaaa menim bulardan heelem indi xeberim oldu..çox təssüf mən də orda olmaq istərdim.kstati mən də sumqayıtdanam...:)

--
Azefun.Net